Proqramı açarkən, ekranda gördüyümüz hər bir hissəciklər “Xana” adlanır. Xanaların ölçülərinin iki koordinatı var: 1) Sütun – Sütunlar adətən hərflərlə işarələnir. (Proqramın seçimlər hissəsindən kordinatların ədədlərlə də görünməsini təmin etmək olar) 2) Sətir – Sətirlər isə rəqəmlərlə işarələnir. Ekranın aşağı sol hissəsində “Sheet” adlanan ilk səhifə və onun yanında “+” işarəsi mövcuddur.Hansı ki, bu “+” işarənin köməyi ilə biz əlavə olaraq, bir və ya bir neçə səhifə aça bilərik. Ekranın yuxarı hissəsində proqramın menyu panelləri yerləşir.Bundan əlavə ekranın yuxarı sol küncündə -xanalarla menyu panelləri arasında- iki xana vardır ki, bu xanaların köməyilə istifadə edilən xananın nömrəsini və ya həmin xanada hansı formulanın mövcud olduğunu müəyyən etmək və lazım gələrsə hətta dəyişdirmək də olar.
1 saat 5
0 отзывы